Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20 gün müddətində məhdudlaşdırılması barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, “Azərinşaatservis” MMC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun “Muğanlı-Yevlax hissəsinin bərpası” layihəsinin Göyçay şəhərindən keçən hissəsində aparılan bərpa tikinti işləriylə əlaqədar magistral avtomobil yolunun km 209-214 (layihə üzrə km 80-85) arası avtomobil hərəkəti üçün tam olaraq 16.07.2014 tarixindən 20 gün müddətində məhdudlaşdırılacaq.
Minik avtomobilləri sürücülərindən Göyçay şəhəri küçə yollarından, ağır yük maşınları sürücülərindən isə Bərgüşad-Ucar yolundan istifadə etmələri xahiş olunur.
Yol tikinti işlərini həyata keçirən “Azərinşaatservis” MMC şirkətinin rəhbərliyi sürücü və sərnişinlərdən əlavə narahatçılığa görə əvvəlcədən üzr istəyir.