Bakı-Sumqayıt şossesi istiqamətində daha bir yol təmirə bağlanır.
Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzidən Oxu.Az-a verilən məlumata görə, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsindən (Şamaxinka) Bakı-Sumqayıt şossesi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılması aparılan təmir işləri ilə bağlıdır.
Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Asif Məhərrəmov küçəsindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki. Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.
E.Ə.
www.oxu.az