Paytaxtda daha bir yol təmirə bağlanıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, Bakı-Sumqayıt şossesində aparılan təmir işləri ilə əlaqədar Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Biləcəri enişi (Rəşid İsmayılov küçəsi) vasitəsilə Biləcəri dairəsindən istiafadə etməklə yollarına davam etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az