Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı və Aşqabad qazın svop tədarükünü davam etdirmək üçün danışıq aparırlar
Azərbaycan və Türkmənistan qazın svop tədarükünün davam etdirilməsi ilə bağlı danışıq aparırlar.
Bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yayıb.
Bildirilir ki, Türkmənistandan İran vasitəsilə Azərbaycana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
“Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıq aparırlar”, - deyə şirkətdən bildirilib.
NIGC-dən qeyd edilib ki, iki ölkə arasında razılıq əldə edildikdən sonra svop qaz tədarükləri bərpa olunacaq.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.
Mənbə: Interfaks.ru