Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı və Moskva neft-qaz hasilatı və tranziti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ilə iki ölkə arasında neft-qaz, elektrik enerjisi sektorlarında və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.
“Rusiyanın ən böyük neft-qaz konserni Azərbaycanla işləyir və əməkdaşlığı genişləndirməyə hazırdır. Xüsusilə Rusiya karbohidrogenlərinin Azərbaycanın imkanlarında tranziti və emalı ilə bağlı bir sıra yeni təşəbbüslər var. Vəzifəmiz səylərimizi birləşdirməkdir”, – Novak vurğulayıb.
Tərəflər həmçinin Rusiya neft-qaz şirkətlərinin Azərbaycanda yeni hasilat layihələrində iştirakını, ölkədə yanacaq satışı üzrə bizneslərinin genişləndirilməsini, o cümlədən Tixoretsk – Bakı neft kəməri ilə Rusiya neftinin reversiv tədarükünün artırılması məsələlərini müzakirə ediblər.
İdxalın əvəzlənməsi siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- İtaliya ilə birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə edilib
- Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
- İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub
- Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib
- Mikayıl Cabbarov Abdulla Bin Touq Al Marri ilə görüşüb