Bakı və Sumqayıt şəhərləri arasında yüngül elektrik nəqliyyatının olması nəzərdə tutulur. Çünki bu istiqamətdə insan axını həddindən artıq çoxdur.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
M.Pənahovun sözlərinə görə, hazırda bununla bağlı layihələr işlənir:
“Bu sahədə kifayət qədər təkliflər var”.