Bakı şəhərində şirkətlərin biri işçiyə 12 000 manat əmək haqqı təklif edir.
Oxu.Az xəbər verir ki, boss.az saytına DəmirBank-a İdarə Heyətin sədrinin müavini vakansiyasına işçi tələb olunması barədə elan yerləşdirilib.
Elanda işçidən tələb olunur ki, təhsili ali , yaş həddi 30 - 45 arasında və iş təcrübəsi ən azı 1 ildən 3 ilə qədər olmalıdır.
Elanda bildirilir ki, bu vəzifədə işləmək istəyən şəxs bankın Strateji baxışı, Missiya hesabatı, Strateji planı və digər planların hazırlanmasında, icrasında iştirak etməli, nəzarət etdiyi sahələr üzrə bankın idarə olunmasını və fəaliyyətini, o cümlədən müvafiq planların həyata keçirilməsini təmin etməlidir.
Hələlik vakansiya üzrə işçi axtarışı davam edir. 