Bakıda 30-cu Xəzər İnşaat Həftəsi start götürüb.
Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində 30-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisi - "BakuBuild", 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi - "Rebuild Karabakh", 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi - "Aquatherm Baku", 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi - "Plastex Caspian" sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi - "Road&Traffic" keçiriləcək.
Dövlət strukturları nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbir üç gün davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev