Venesuela Prezidenti Nikolas Maduro Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu cadugər kimi xarakterizə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.
"Əhalinin 90%-i La-Sayonadan olan cadugəri rədd edir", - deyə Maduro bildirib.
O, həmçinin qeyd edib ki, Bolivar Respublikasının xalqı Venesuelaya qarşı hər hansı müdaxilə və ya müharibə təhdidini rədd edir.