Paytaxtda 15 000 000 AZN (14 mln. 310 min ABŞ dolları) qiymətində 4 otaqlı ev satılır.
Oxu.Az xəbər verir ki, bu barədə elan Azərbaycanın daşınmaz əmlak satışı üzrə ən böyük Bina.Az saytında yerləşdirilib.
Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən 4 otaqlı “iqamətgah”-ın ümumi sahəsi 344 kvadratmetr təşkil edir.
“Grand Park” kottec şəhərciyində yerləşən evə sahib olmaq istəyən şəxs nə az, nə çox düz 15 000 000 manat ödəməli olacaq.
Elanda qeyd edilir ki, villada avtomobil üçün xüsusi “parkinq” var.
E.Ə.
www.oxu.az