Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, biznes forum oktyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.
Forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dək Rusiya şirkətinin iştirakı nəzərdə tutulur. Azərbaycanlı iş adamları və sahibkarlar biznes forumda iştirak etməyə dəvət edilir.