Bu gün Bakı sərgi mərkəzində Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” “Bakutel-2014” sərgi və konfransı öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, “Bakutel”in 20-ci yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir.
Bu illər ərzində “Bakutel-2014” sərgisi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı informasiya-kommunikasiya texnologiyaları forumuna çevrilib.