Bentley Baku şirkəti azərbaycanlı müştərilərinə yeni Bentley Flying Spur lüks sedanını təqdim edib. Eksklüzivlik prinsiplərinə sadiq qalaraq, JW Marriott Absheron Baku otelində baş tutmuş qapalı qəbula markanın müştəriləri və seçilmiş dostları dəvət olunmuşdular.
Oxu.Az xəbər verir ki, Bentley Baku-nun rəhbəri Emin Əsgərov yeni modelin Azərbaycan bazarı üçün vacibliyini qeyd edib:
“Yeni Flying Spur əvvəlkindən daha güclü və sürətlidir, texnikanın sonuncu imkanları ilə təchiz edilib və həm sürücü, həm də sərnişinlər üçün yeni rahatlıq səviyyəsini təqdim edir. Əminəm ki, yeni Flying Spur azərbaycanlı müştərilər arasında populyarlıq qazanacaq”.
Bentley-in mükəmməl idarəetmənin, bacarıqlı ustalar tərəfindən zəri şəkildə işlənilmiş salon, heykəl formaları və müasir texnologiyaların qüsursuz vəhdəti ilə fərqlənən yeni modeli öz xələfinin beynəlxalq uğurunu təkrarlamaq üçün gözəl potensiala malikdir.
Flying Spur – dünyada iki turbogücləndiricili, 6,0 litr həcmli Bentley W12 mühərriki ilə hərəkətə gələn ən sürətli şose sedanıdır. 625 at gücü olan avtomobil 0-dan 100 km/saatadək sürəti cəmi 4,6 saniyəyə yığır, onun maksimal sürəti isə 322 km/s təşkil edir. Müasir Bentley avtomobillərində ənənəvi olaraq fırlanma anının ön və arxa ox arasında 40:60 nisbəti ilə paylaşıldığı tam ötürmə sistemindən istifadə olunur. Bu, istənilən yolda və istənilən hava şəraitində yol örtüyü ilə inamlı əlaqəni təmin etməyə imkan verir.
Bentley-in dizaynerlər komandası yeni Flying Spur üçün Bentley-in ənənəvi üslub cizgilərini idman oturuşu və müasir elementlərlə birləşdirən atletik dizayn hazırlayıb. Səciyyəvi kəskin xətlər kuzovun “əzələli” arxa hissəsi ilə tamamlanır. Gündüz hərəkətdə olarkən istifadəsi nəzərdə tutulmuş diod işıqlar, yaxın məsafə faraları və uzaq məsafə faraları avtomobilin ön və arxa profilinə tanınan xarici görünüş gətirir. İnteryer dizaynerləri ən yeni akustik və elektrik texnologiyaların dəridən və ağacdan hazırlanmış zərif əl işi ilə vəhdət təşkil edir.
İnternetə naqilsiz çıxışa və mobil telefonla inteqrasiyaya malik, sensor ekran vasitəsilə idarə olunan informasiya-əyləncə sistemi sürücü və sərnişinlərə avtomobil və xarici dünya ilə qarşılıqlı əlaqə saxlamağa imkan verir. Arxa oturacaqlar üçün sensor ekranın yeni məsafədən idarəetmə pultuna malik əyləncə sistemi arxada əyləşmiş sərnişinlərə salonun bu hissəsində rahatlığı təmin edən geniş funksiyalar toplusunu idarə etməyə imkan verir.
Tədbir çərçivəsində diler mərkəzinin Boutique Baku jurnalı ilə birgə layihəsi olan Bentley Baku jurnalının təqdimatı baş tutub. Jurnalda Azərbaycanın aparıcı jurnalistlərinin Bentley-in Kryü şəhərindəki (İngiltərə) zavodundan eksklüziv reportajları, sonuncu modellərin test-drayvı və Bentley Motors-un bütün dünyada apardığı tədbirlər barədə məlumatlar daxildir.
Gecənin qonaqlarına həmçinin yeni ətirlər – Bentley for Men, Bentley for Men Intense və əfsanəvi “Uçan liter B” emblemi ilə bəzədilmiş unikal Lalique for Bentley Crystal Edition – cəmi 999 ədəd məhdud seriya ilə buraxılmış xrustal inci də daxildir. İncə ağac və dər çalarlarını özündə birləşdirən bu ətirlər Bentley-in əsas məhsullarının möhtəşəmliyinə bir əlavədir.
Gecəni “Montreux jazz festival” Beynəlxalq caz festivalının qalibi, məşhur pianoçu İsfar Sarabskinin möhtəşəm ifası bəzəyib. 






































