2013-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 412,7 manat təşkil edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox deməkdir.
Digər fəaliyyət növləri ilə müqayisədə mədən-çıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.