Bakının Sabunçu rayonunda köhnə stansiya tarixə çevrilib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsindəki dəmir yolu stansiyası sökülüb.
Onun ərazisidəki köhnə tikililər də dağıdılaraq təmizlənib. Həmin sökülən ərazidə gələcəkdə metronun “Bakıxanov” stansiyasının çıxışının olacağı deyilir.
Sabunçu rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin ərazidə yerləşən dəmir yolu stansiyasının yerində möhtəşəm layihə həyata keçiriləcək. Köhnə stansiya yenisi ilə əvəzlənəcək. Artıq yeni stansiyanın layihəsi hazırlanıb.
Eyni zamanda, stansiyanın ərazisində metronun “Bakıxanov” stansiyasının çıxışı olacaq.

www.oxu.az