Moskvada “Mariott” otelinin qarşısında 42 yaşlı ləzgi “qanuni oğru” Racidin Mehraliyev həbs edilib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, Aslan Usoyanın klanına daxil olan 43 yaşlı “qanuni oğru”nun taclandırıldığı “sxodka” Ded Xasan tərəfdarları ilə Rövşən Lənkəranski tərəfdarları arasında qarşıdurmanı daha da gücləndirmişdi.
Polis onun “Lexus” markalı maşınına baxış keçirib, ancaq baxışın nəticələri açıqlanmayıb.
Bu il avqustun 21-də isə “qanuni oğru”nun xanımının maşını oğurlanmışdı.
