Bu ilin 7 ayında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövründəki səviyyəsinin 99,4 faizi təşkil edərək, 2269194,1 min manat olub.
Oxu.Az xəbər verir ki, xidmətlərin 61,6 faizi hüquqi şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə 1397932,4 min manatlıq xidmətlər göstərilib.
Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 871261,7 min manat təşkil edib.
L.Ə.