Noyabrın 17-dən 19-dək Bakıda İran Ticarətinin İnkişafı Təşkilatı tərəfindən “İran Project” adlı biznes sərgisi keçiriləcək.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Oxu.Az-a bildirilib.
AZPROMO-dan qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.
Ülviyyə R. Əli
www.oxu.az