Azərbaycan və İslam İnkişaf Bankı Qrupu (İİB) qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib:
"Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankı Qrupunun (İİB) sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və İİB Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq".
Ərəb Koordinasiya Qrupunun (@arabcoordgroup) Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankı Qrupunun (İİB) (@isdb_group) sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv… pic.twitter.com/9Qqbxg1NW4
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 5, 2025