2015-ci ilin sonuna kimi, beynəlxalq sərgi və konfransların təşkilatçıları - “Iteca Caspian” və “Сaspian Event Оrganisers” (“CEO”) şirkətləri 11 beynəlxalq sərgi keçirəcək.
Bu barədə Oxu.Az-a “Iteca Caspian” şirkətindən bildirilib.
Şirkətdən verilən məlumata görə, bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək:
“Belə ki, payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” (“BIHE”), “Stomatologiya” (“Stomatology Azerbaijan”), “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan”), “Təhsil” (“Education”), “Karyera” (“Career”), “İnşaat” (“BakuBuild”), “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” (“AquaTherm Baku”), “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian”), “Ətraf mühit” (“CTE”) və “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“BakuTel”) sərgiləri daxildir”.
Daha sonra sərgi mövsümünü “Təhsil” və “Karyera” (9-11 oktyabr), Xəzər İnşaat Həftəsi: “BakuBuild”, “AquaTherm Baku”, “CIPS” (21-24 oktyabr) və “Xəzər: Ətraf mühit üçün texnologiyalar” adlı - ətraf mühit sahəsi üzrə 6-cı Beynəlxalq “Ətraf mühit” (“CTE - 2015”) (18-20 noyabr) sərgiləri davam etdirəcək. Ənənəvi olaraq, sərgi mövsümünü Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel 2015”) sərgi və konfransı (2-5 dekabr) yekunlaşdıracaq.
Ülviyyə R. Əli
www.oxu.az