Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı açıqlanıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 924,4 manat təşkil edib. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 8,1 faiz çoxdur.