Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda üçüncü sosial yaşayış kompleksinin tikintisi gözlənilir
“Bu gün sosial mənzillərə ən böyük tələbat Bakıdadır. Ona görə də, birinci və ikinci layihələr paytaxtda həyata keçirilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Caspian Europen Club”ın təşkil etdiyi biznes forumda çıxışı zamanı deyib.
“Ola bilər ki, üçüncü layihə də Bakıda olsun. Amma regionlar da prioritetdir. Bununla belə, öncə böyük şəhərlərdə sosial mənzillər inşa olunacaq.
Biz artıq bir neçə böyük şəhərdə olmuşuq, amma hansı olacaq, bu, torpaq ayrılmasından və maliyyə vəsaitinin imkanlarından asılı olacaq”, - deyə direktor qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2025
- Bakıda direktor işə gəlmir, məktəbi onlayn idarə edir - Müəllimlərdən İDDİA