Bakıda “Expo Center”də “Xəzərin Neft və Qazı” Caspian Oil & Gas 2014 21-ci Beynəlxalq sərgisi öz işini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu il sərgidə 29 ölkədən 402 şirkət iştirak edir.
Qeyd edək ki, sərgi sahəsinin 70%-ni ümumdünya şöhrətli şirkətlər tutur. Yerli şirkətlər ümumi iştirakçıların 35%-ni təşkil edir. Onların arasında dövlət və özəl şirkətlər var.
Bu sərginin xüsusi mənası var, belə ki, Azərbaycan neft-qaz tarixinin əsas hadisələrindən olan Əsrin Müqaviləsinin imzalanmasının 20 ili tamam olur.
Sərgi iştirakçıları arasında Əsrin Müqaviləsinin birbaşa iştirakçıları: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), BP, Statoil, TPAO, Lukoil və d. var.
Bu il sərginin baş sponsoru SOCAR olub. Bundan başqa digər şirkətlər qızıl, gümüş və bürünc sponsorlar kimi təqdim ediliblər.
Sərgi ITE Group Plc və Iteca Caspian LLC şirkətləri tərəfindən təşkil edilib.
Gülnarə Zeynalova
Foto: Nüsrət Abdullayev
www.oxu.az