Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalının yanında nəhəng ticarət mərkəzi tikiləcək.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutundan bildiriblər.
Məlumata əsasən, “Terminal” adı verilən ticarət mərkəzi müasir memarlıq üslubunda tikilir. Bina 5 mərtəbədən və zirzəmidən ibarət olacaq.
Ticarət mərkəzinin görüntülərini təqdim edirik: