Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC asfalt-beton örtüyünün qazılaraq yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazəni müvəqqəti dayandırır.
Bu barədə Oxu.Az-a “Azəryolservis” ASC-dən məlumat verilib.
Məlumata görə, yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə may ayının 15-dən I Avropa Oyunları bitənədək icazə verilməyəcək və qəza halları istisnadır.
E.Ə.
www.oxu.az