ABŞ-a sentyabrın 24-də Bakıdan birbaşa təyyarə reysinin açılışı olacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycan Hava Yolları şirkətinin vitse-prezidenti Arif Məmmədov deyib.
O, bu gün Azərbaycan Konqreslər Bürosunun (AzKB) Bakıda keçirilən “Açıq qapılar” tədbirində bildirib ki, turizm sənayesində hotel işi, turistlərə xidmət və hava yolları əsas istiqamətlərdir.
Ona görə də ölkədə turizmin inkişafı naminə AZAL-ın təyyarə parkı daim yenilənir və bu ənənə davam etdiriləcək. İl ərzində Həştərxana (Rusiya) və Bişkekə də (Qırğızıstan) yeni reyslərin açılışı reallaşacaq.