“Azərbaycan Hava Yolları” (AZAL) “Summer Tour” şirkətinin dəstəyi ilə Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, mayın 23-də Bakıdan Barselonaya uçan “Airbus-319” təyyarəsi “De Logregat” Beynəlxalq aeroportunda eniş edib.
Saat 07.00-da havaya qalxan təyyarə Bakı vaxtı ilə 12.10-da uçuş məntəqəsinə çatıb. İlk reyslə 88 sərnişin uçub.
Təyyarə Barselonada endikdən sonra hava limanında ilk reysin sərnişinləri üçün təqdimat keçirilib.
Bakı-Barselona-Bakı marşrutu üzrə uçuşlar hələlik həftədə bir dəfə, şənbə günləri həyata keçirilir. Bu reyslə uçmaq istəyənlərin sayında artım olduğu təqdirdə reyslərin sayının da çoxaldılması nəzərdə tutulub.