Bakı metropoliteni öz xərclərini tam ödəmədiyi üçün hər il dövlət büdcəsindən dotasiya (yardım) alır.
Bu barədə “Exo”ya Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib.
Onun sözlərin görə, hazırda metroda gediş haqqı 20 qəpik olduğu bir vaxtda, bir sərnişinin daşınma dəyəri 55 qəpiyə bərabərdir:
“Hər sərnişinə görə 35 qəpik fərqi dövlət ödəyir. MDB və ya Qərbin heç bir ölkəsində metroda gediş haqqı bu qədər ucuz deyil”.
Bununla yanaşı, N.Tanrıverdiyeva yaxın vaxtlarda Bakı metropolitenində qiymət artımının olmayacağını bildirib.
“Metropolitenin keçidlərində yerləşən ticarət obyektlərinə gəldikdə isə, onlar xərclərin yalnız az bir hissəsini ödəyirlər” – deyə, Nəzakət Tanrıverdiyeva qeyd edib.
Exo
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin