Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az xəbər verir ki, “Azəriqaz” İB-dən ANS PRESS-ə verilən məlumata görə, 22.06.2014-cü il tarixində saat 10:00-dan 18:00-dək Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Qeyd edilən rayonların təbii qaz təchizatında məhdudiyyətlərin olması qaz nəqli sistemində təmir işləri ilə əlaqədardır.