Bakının ən böyük prospektlərindən birində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - kənar yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məlumata əsasaən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqəlidir.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Rənglənmə işləri təxminən, saat 04:00-a qədər davam edəcək.