“Azəristiliktəchizat” ASC ilə “Azəriqaz” İB arasında Bakının istilik sisteminin bərpa olunması istiqamətində danışıqlar gedir.
Oxu.Az-a bu barədə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Onun sözlərinə görə, artıq “Azəriqaz” la əldə edilmiş razılıq əsasında bir neçə qazanxanaya qazın verilişi bərpa edilib.
“Digər qazanxanalara qazın verilməsi isə çox güman ki günün sonunda öz həllini tapacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl qurum rəsmisi Oxu.Az-a açıqlamasında bildirmişdi ki, təmsil etdiyi qurumun yaranmış borcları ilə əlaqədar “Azəriqaz” qazanxanalara qazın verilişini dayandırıb.
Ülviyyə R. Əli
www.oxu.az