Gündəlik olaraq planetimizdə minlərlə ton lazımsız material atılır. Bu, müxtəlif əşyalardan ibarət, tərkibinə qiymətli metalların, şüşə konteynerlərin, kağızın, plastik və qida qalıqlarının daxil olduğu qarışıqdır. Bununla yanaşı bu tərkibdə ətraf mühitə neqativ təsir edən təhlükəli tullantılar da var.
“Orta hesabla hər Bakı sakini ildə 350 kq məişət tullantısı atır”.
Oxu.Az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov Ətraf mühit məsələləri üzrə I Azərbaycan Forumunda çıxış edərkən bildirib.
Bu rəqəmi Bakının əhalisinin sayına vursaq, yalnız bu ilin birinci rübü üçün 2 186,5 min adam olacaq, o zaman paytaxtda il boyu atılan tullantıların miqdarını təsəvvür etmək olar.
Tullantıların düzgün istifadəsi müasir cəmiyyətin vacib məsələlərindəndir.
Azərbaycanın paytaxtında tullantıların istifadəsi ilə “Təmiz Şəhər” ASC məşğul olur.
Oxu.Az-ın müxbiri “Təmiz Şəhər” ASC-nin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanış olub.
Tullantıların emalı prosesi Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu başlayır.
Alman texnologiyalarının tətbiqi ilə fəaliyyət göstərən zavod, 2012-ci ilin dekabrından çalışır. Müəssisənin gücü il ərzində 200 min ton bərk məişət tullantılarının emal edilməsinə imkan verir, bu tullantılardan 40%-i ikinci əl xammal: metal, şüşə, kardon, plastik və digər materiallar əldə edilir.
Eldar Hüseynovun qeyd etdiyi kimi, onun rəhbərlik etdiyi Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu Cənubi Qafqaz regionunda bu qəbildən olan yeganə zavoddur.

“MDB-də analoji zavodlar yalnız Rusiya ərazisində fəaliyyət göstərir, ölkədə dörd belə zavod var. Bu yaxınlarda Qazaxıstan mütəxəssisləri zavodumuzla tanış olaraq təcrübə yığmaq üçün gəlmişdilər”, - E.Hüseynov deyib.
Qeyd edək ki, məişət tullantılarının emalı üç prosesdən ibarətdir – çeşidləmə və ikinci dəfə emala yollanma; yandırma; xüsusi poliqonda basdırılma.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda bərk məişət tullantılarının emalının birinci prosesi keçir. Bu barədə bərk məişət tullantılarının emalı Şöbəsinin müdir müavini Arif Kərimov danışıb:

“Zavodumuzun əsas vəzifəsi, daxil olan məişət tullantılarının çeşidlərə ayrılması və yerli emal müəssisələrinə təkrar emala yollanmasıdır”.
Kərimovun sözlərinə görə, bərk məişət tullantılarının Bakı şəhəri üzrə yığılması və çatdırılması Şəhər İcra Hakimiyyətinin nəzdindədir.
“Başlanğıc mərhələdə daxil olan məişət tullantıları xüsusi tərəzilərdə çəkilir. Tullantılarla dolu maşın bu tərəzinin üstünə qalxır. Maşın boşaldıldıqdan sonra tullantılar xüsusi yerdə yığılır, qreyferlərlə çeşidlənmə konveyerlərinə çatdırılır”.

Daxil olan tullantılar müxtəlif kateqoriyalar: kağız, metal, plastik və s. üzrə çeşidlənir. İri tullantılar xüsusi avadanlığın yardımı ilə çeşidlənir. Məslən, ümumi metal kütləsinin içərisindən xüsusi maqnitlə çıxarılır.
Kərimovun qeyd etdiyi kimi, zavodda istehsal prosesinin əksər hissəsi avtomatlaşdırılıb, amma kiçik həcmli tullantıları çeşidləyərkən, əl əməyindən də istifadə edilir.
“Bu müəssisədə 120 çeşidləyici çalışır. Hal-hazırda zavod yalnız gündüz növbəsində işləyir”, - A.Kərimov qeyd edib.

Müxtəlif kateqoriyalı tullantıların ayrı-ayrılıqda yığılması emalın effektivliyini dəyərini müəyyənləşdirir. Emal üçün narahtçılıq yaradan qarışıq, tərkibinə bioloji parçalanmaya məruz qalan qida tullantılarının da daxil olduğu tullantılardır.
“Azərbaycanda tullantının ilkin çeşidlənməsi hələ də nadir haldır. Hər şey polietilen paketlərə yığılıb zibil qutularına atılır.
Bu üzdən yenidən emal ola biləcək tullantıların bəziləri yararsız hala düşür. Xüsusilə də yay aylarında kağız və kardonlar zibil qutularında qida tullantıları ilə qonşu oladuqda bu problem kəskinləşir...
Soyuq aylarda təkrar emala yollanan tullantıların həcmi gözəçarpacaq dərəcədə artır”, - A.Kərimov deyib.
O, qeyd edib ki, “Təmiz Şəhər” ASC əhali arasında tullantıların ilkin mərhələdə çeşidlənməsi bacarığının formalaçdırılmasına istiqamətlənmiş sistemli maarifləndirmə işi aparır.

“İlk dəfə olaraq Qala qəsəbəsində belə maarifləndirmə işi apardıq, ilk dəfədən olmasa da, biz əhaliyə ilkin mərhələdə tullantıların çeşidlənməsi adətini aşılaya bildik. Gələcəkdə bu istiqamətdə iş digər qəsəbə və rayonlarda da aparılacaq”, - A.Kərimov qeyd edib.
Çeşidlənmiş tullantılar xüsusi qurğular vasitəsilə “briketlərə” preslənir və yerli emal zavodlarına realizə edilir.
A.Kərimovun qeyd etdiyi kimi, “Təmiz Şəhər” ASC, gələcəkdə Qaradağ və Şüvələndə tullantıların çeşidlənməsi zavodu tikməyi planlayır.
Oxucuda zavodun ərazisində üfunət iyinin hakim olması təəssüratı yarana bilər, amma bu elə deyil.

Zavodun bütün ərazisi əsl təmizlik nümunəsidir – asfaltda bir dənə də olsun artıq əşya yoxdur, yaşıllıq göz oxşayır. İstehsalatda nümunəvi təmizlik qaydalarına əməl edilir. Bütün fəhlələr uniformadadırlar: papaqlar, əlcəklər, respiratorlar. Hətta jurnalistlərdən belə forma geyinməyi xahiş etdilər…
Qeyd etmək lazımdır ki, normal əmək şəraitinin təmin edilməsi üçün bütün şərait yaradılıb, bütün təhlükəsizlik qaydalarına riayət edilir. Yeməkxana var. Fəhlələri Koroğlu metro stansiyasından işə xüsusi avtobuslar gətirir.
A.Kərimovun sözlərinə görə təkrar emalı mümkün olmayan bərk tullantı materialları yandırılır. Bunun üçün tullantılar Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna çatdırılır. Bu zavod da fəaliyyətə 2012-ci ilin dekabrından başlayıb.
Cari zavodun tikintisinin baş podratçısı “CNIM S.A.” fransız şirkəti olub. Müəssisə, il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantını yandırma gücünə malikdir.
Müəssisə Şərqi Avropa və MDB-də bu qəbildən olan zavodlar içində ən iri zavoddur. Zavod dördüncü nəsil (4G) texnologiyanın tətbiqi ilə tikilib, bu isə ətraf mühitin qorunmasına dair ən son tələblərə cavab verən texnologiyadır.
Qeyd edək ki, məişət tullantlarının yandırılması basdırılma üçün nəzərdə tutulan tullantların həcmini 10 dəfə azaltmağa, eləcə də yandırılma zamanı alınan enerjini elektroenerji və istilik təchizatı üçün istifadə imkanı verir.
Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində 231,5 milyon kVt/s elektrik enerjisi istehsal etməyə imkan verir.
A.Kərimovun sözlərinə görə istehsal edilən enerji “Bakıelektrikşəbəkə” ASC-yə çatdırılır.
“Cari müəssisədə bütün istehsal prosesi tam olaraq avtomatlaşdırılıb. Zavod həftənin 7 günü 24 saat işləyir. İş üç növbədə gedir, hər növbə 8 saatdan ibarətdir. Zavodda 95 işçi çalışır, bununla yanaşı hər növbədə iş prosesini beş adam təmin edir”, - A.Kərimov deyib.
Onun sözlərinə görə istehsalat prosesi bu müəssisədə iki texnoloji xətdən – martenov sobalarından və boylerlərdən ibarətdir. Zavodda iki martenov sobası və iki boyler var.
Məişət tullantılarnın yandırılması prosesinə xüsusi idarə pultu ilə nəzarət edilir.

A.Kərimovun dediyi kimi, zavodda tulantıların yandırılması zamanı hasil olan, zəhərli qazların neytrallaşdırılması üçün üç mərhələdən ibarət xüsusi sistem fəaliyyət göstərir.
“Yandırma zamanı hasil olan zərərli maddələrin neytrallaşdırılması üçün əhəng, aktivləşdirilmiş kömür və s. istifadə edilir. Bunun sayəsində zərərli maddələr bərk birləşmələrə çevrilir və Sumqayıt poliqonuna göndərilir”, - A.Kərimov deyib.
Zavoda daxil olan tullantılar xüsusi bunkerlərə yerləşdirlir. Xüsusi qarmaqların vasitəsilə tullantılar sobalara yerləşdirilir. Yeri gəlmişkən qeyd edək ki, bir dəfəyə bu qarmaqlar 4-5 ton tullantı qaldıra bilər.

Sobada yanma temperaturu 850 dərəcə olur. Sobaların üzərində yerləşən boylerlərə su verilir, bu su qızdırılaraq buxara çevrilir, sonra isə istilik şəbəkələrinə və istilik elektrostansiyalarına yönləndirilir.
“Təkrar emalı, yandırılması mümkün olmayan bərk məişət tullantıları xüsusi poliqonlara basdırılmaq üçün göndərilir”, - A.Kərimov yekunlaşdırıb.
P.S. Bərk məişət tullantılari ilə aparılan iş elə də asan iş deyil. Amma çox lazımlı işdir. Gəlin bu çətin işi üzərinə götürən insanlara yardım edək. Tullantıları çeşidləməyi öyrənək.
Gülnarə Zeynalova
Fotoqraf: Nüsrət Abdullayev