Bakıda yeni mənzil bazarında noyabr ayında dollar ekvivalentində qiymətlər oktyabr ayı ilə müqayisədə 4,96% artıb.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, ilin əvvəlindən isə qiymətlər 14,77% azalıb.
N.İbrahimov həmçinin vurğulayıb ki, torpaq və kirayə bazarında qiymətlər artıb:
“Bir ay ərzində torpaq satış qiyməti dollar ekvivalentində 1,8% artıb, ilin əvvəlindən isə 28,85% azalıb. Ev kirayəsində isə bir ay ərzində qiymətlərdə 0,68% artım olub, ilin əvvəlindən isə 26,04% azalıb”.
Onun sözlərinə görə, bazarın digər seqmentlərində bir ay ərzində azalma müşahidə olunub:
“İkinci evlər bazarında noyabr ayında 1,75%, il ərzində 29,06%, kommersiya obyektləri bazarında noyabrda 1,38%, il ərzində 22,29%, kommersiya obyektlərinin icarəsi sahəsində isə noyabrda 4,32%, il ərzində 33,12% azalma müşahidə olunub”.
Ümumilikdə, noyabrda daşınmaz əmlak qiymətlərində 0,67% azalma olub. İlin əvvəlindən isə qiymətlərdə 25,41% azalma qeydə alınıb.
U.A.
www.oxu.az