Puerto-Riko təmsilçisi Stefani Del Valye “Dünya Gözəli 2016” müsabiqəsinin qalibi seçilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, müsabiqə ABŞ-ın Merilend ştatında keçirilib.
:640.jpg)
Müsabiqənin vitse-dünya gözəli Miqelina Reyes Ramires (Dominikan Respublikası), ikinci vitse-gözəli isə Nataşa Manuella (İndoneziya) olub.
“Dünya Gözəli” müsabiqəsi 1951-ci ildən etibarən keçirilir.
A.S.
www.oxu.az