Bakıda daha bir yol bağlanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsindən üzü Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi istiqamətinə və Ceyhun Hacıbəyli və Bakıxanov küçələrinin kəsişməsindən Ceyhun Hacıbəyli və Vaqif küçələrinin kəsişməsinədək olan ərazilərdə kommunikasiya və abadlıq işlərinin aparılması ilə əlaqədar həmin yollar iki gün bağlı qalacaq.
Öz növbəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə Abbasqulu Ağa Bakıxanov küçəsinə alternativ olaraq Ənvər Qasımsadə və Mirəsəsdulla Mirqasımov küçələrindən, Ceyhun Hacıbəyli küçəsinə alternativ olaraq isə Mirəli Qaşqay və Səməd Vurğun küçələrindən istifadə etmələrini tövsiyə edir.