Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyükşor yol qovşağı adlanan hissəsindən “Ramstore” yol qovşağına qədər nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, məhdudlaşdırma yolun hərəkət hissəsində üfüqi nişanlanma işi ilə bağlıdır.
Nişanlanma işinin bir neçə saat ərzində yekunlaşacağı bildirilir.