Ukrayna və Dağlıq Qarabağda münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər.
Oxu.Az-ın məlumatına əsasən, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja “Vesti 24” telekanalına müsahibəsində deyib.
“Bu gün münaqişələrin sülh yolu ilə həll olunmasına alternativ yoxdur. Və bu yalnız Ukraynaya deyil, Dağlıq Qarabağa da aiddir”, - o deyib.
Onun sözlərinə görə, KTMT rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Ukraynada yaranmış problemin hərbi yolla heç bir həlli ola bilməz.
“Sülh sazişi lazımdır. Ukraynada olan problemlərin həlli üçün siyasi formalar tələb olunur. Mən bütün bu münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarıyam”, - Baş katib qeyd edib.