Bakının mərkəzi küçəsi müvəqqəti bağlanır.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması aparılan təmir işləri ilə bağlıdır. Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir).
Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərininin 1 (bir) həftə ərzində yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.
E.Ə.
www.oxu.az