Bu gün Bakı şəhərinin Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan 18:00-dək Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.