İritutumlu avtobusların yığışdırılması ilə bağlı səsləndirilən fikirlər həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
O bildirib ki, nazirlik xırdatutumlu avtobusları yığışdırmaqla məşğuldur. Şəhərə bundan sonra orta və iritutumlu avtobuslar gətiriləcək. Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər daha 1200 avtobusun gətirilməsi nəzərdə tutulur.