Azərbaycanın müdafiə naziri şimal bölgəsinə səfər edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Qusarda yerləşən hərbi hissədə olub.
Hərbi hissənin şəxsi heyəti ilə görüşən nazir problemlərlə maraqlanıb.
Z.Həsənovun şimal bölgəsində yerləşən bir neçə hərbi hissəyə də baş çəkəcəyi və vəziyyətlə yerində tanış olacağı bildirilir.
Əlavə edək ki, bu gün müdafiə nazirin, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına yeni rəis təyin edilib.
Əmrə əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllimi, polkovnik-leytenant Füzuli Abbasov Hərbi Nəşriyyatın rəisi təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Zakir Həsənovun imzaladığı əmrlə Hərbi Nəşriyyatın rəisi polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib.