Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Balıq məhsullarının satışı üzrə yeni bazarlar salınacaq
Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.
Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.
"Balıq bazarı" teqi üzrə xəbərlər
- Balıq məhsullarının satışı üzrə yeni bazarlar təşkil ediləcək - Qiymətlər enəcək?
- Vətəndaş balıq aldı, yarısı buz çıxdı - İDDİA
- İstehsalı artsa da, dəyəri düşməyən QARA KÜRÜ - "Kaspi"nin ŞƏRHİ
- Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI
- "Sonuncu dəfə ilyarım qabaq almışam" - Xəzərdə balıqlar niyə qeybə çəkilib?