Cari ilin mayın 1-nə bank aktivləri 22 009,5 mln. manat təşkil edib, bu da cari ilin aprelin 1-nə olan göstəricidən 2,8% artıq olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının rəsmi saytında yerləşdirilib.
Məlumata görə, 1 may 2014-cü il tarixinə ölkənin iqtisadiyyatına kredit qoyuluşları 15 775,6 mln olub. Əvvəlki ayla müqayisədə bu göstərici 2,3% artıb.
Bundan əlavə, 1 may 2014-cü il tarixinə bankların məcmu kapitalı 3 605,4 mln. manat təşkil edib və ya aprelin 1-nə olan göstəricisi ilə müqayisədə 1%-ə yaxın artım deməkdir.
Gülnarə Zeynalova
www.oxu.az