Cənubi koreyalı müğənni PSY dünyaca məşhur reper Snup Doqla birlikdə yeni mahnı yazdırıb.
Oxu.Az xəbər verir ki, bu gün Youtube video portalına yerləşdirilən “Hangover” adlı mahnını artıq 3 milyon 600 mindən çox adam izləyib.
Xatırladaq ki, PSY-in “Gangam Style” mahnısı da Youtube-da izlənmə rekordu qırmışdı. Müğənni 2013-cü ildə bu mahnıya görə “Billboard Music Awards” mükafatını almışdı.