Bakının Binəqədi rayonu Polis İdarəsinin əməkdaşları dilənçilik hallarının qarşısını almaq üçün reydlər keçiriblər.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Verilən məlumata əsasən polis əməkdaşları 12 dilənçini saxlayıblar, onların 6-sı qadın, 6-sı isə uşaqdır.
Bütün saxlanılan şəxslər Yevlax rayon Polis Bölməsinə verilib.
Xatırladaq ki, öncə Bakı şəhər Baş Polis İdarəsi paytaxtda döyülən qaraçı oğlan haqqında məlumata şərh vermişdi.
Qeyd edək ki, reydə səbəb Fəvvarələr meydanında, ondan 200 dollar oğurlandığı üçün turistin dilənçi uşağı sürüyərək polis bölməsinə aparması ilə bağlı qalmaqal olub.