Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bank VTB (Azərbaycan)-da dəyişikliklər baş verdi
Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının tərkibi 7 nəfərə çatdırılıb.
Bankdan Oxu.Az-a verilən məlumata görə, Bank VTB (Rusiya)-nın prezident-sədrinin birinci müavini Vasiliy Titov Müşahidə Şurasının sədri təyin edilib.
Bundan əlavə, Müşahidə Şurasının tərkibinə əlavə olaraq Müseyib Əliyev – Bank VTB (Azərbaycan)-ın ikinci səhmdarı olan “AtaHoldinq” ASC-nin nümayəndəsi də daxil edilib.
Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi haqqında qərar Bank VTB (Azərbaycan)-ın səhmdarlarının yığıncağında qəbul edilmişdir. Bu müvafiq dəyişiklik Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən razılaşdırılıb.
“Müşahidə Şurasının gücləndirilməsi Azərbaycan Respublikasının VTB Qrupu üçün əhəmiyyət kəsb etdiyinə dəlalət edir. Biz törəmə bank qarşısında biznesin iri, orta və kiçik müəssisələrlə, həmçinin pərakəndə müştərilərin sayı hesabına fəal surətdə genişləndirilməsi vəzifəsi qoyuruq. Səhmdarlar tərəfindən Bank VTB (Azərbaycan)-ın kapitalının artırılması da qarşıya qoyulmuş məqsədlərə nail olmağa kömək edəcək”, - deyə Müşahidə Şurasının tərkibində baş verən dəyişikliyə Vasiliy Titov belə şərh verdi.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi – Bank VTB ASC (51%) və Azərbaycan tərəfi – “AtaHoldinq” ASC (49%) arasında bölüşdürülmüşdür. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 4 filial və 1 şöbə ilə təmsil olunur.