Bu gün banklararası ticarətdə dollar günə bahalaşma ilə başlayıb.
Oxu.Az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6938 manat kursu ilə start verib. Bu isə o deməkdir ki, dollar manat qarşısında 0,46% dəyər qazanıb.
Qeyd edək ki, iyunun 11-də “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.
L.Ə.