FES (Federal Ehtiyatlar Sistemi) 2017-ci ildə iki dəfə faiz artımına gedəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg"in sorğusunda qeyd edilir. 49 iqtisadçının qatıldığı sorğunun nəticələrinə görə, FES inflyasiyadakı azalmaya baxmayaraq, il başa çatmadan balansını kiçiltməyə başlayacaq.
İqtisadçılar hesab edir ki, FES iyunun 14-də keçiriləcək iclasında faiz artımına gedəcək. Qurumun sentyabrda da faiz artımı qərarı verəcəyi istisna edilmir. Faiz nisbətinin 2 faiz həddində müəyyən ediləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bundan əvvəlki sorğuda iqtisadçılar FES-in iyun və dekabr aylarında faiz artımına gedəcəyini irəli sürmüşdülər.
L.Ə.