“Başak İnam” sığorta şirkətinin 2017-ci ilin yanvar ayı üzrə nəticələri məlum olub.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, yanvarda toplanan sığorta haqlarının ümumi həcmi 20 min 503 manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azdır. Belə ki, şirkət 2016-cı ilin yanvar ayında 72 min 102 manat sığorta haqqı toplamışdı.
Sığorta yığımlarının böyük hissəsi kasko sığortanın payına düşüb. Bundan əlavə, sığorta yığımlarının bir hissəsi isə səyahət sığortası, fərdi qəza və avtomobillərin mülki məsuliyyətinin könüllü sığortası üzrə formalaşıb.
“Başak İnam” yanvarda sığorta ödənişi etməyib. Bu da hər hansı sığorta hadisəsinə dair müraciətin olmaması ilə bağlı olub.
Qeyd edək ki, ötən ilin yanvar ayında sığorta şirkəti 4 min 155 manat ödəniş etmişdi.
U.A.
www.oxu.az