Gürcüstanın baş naziri İrakli Qaribaşvili, hökumət nümayəndələri, Acarıstan Muxtar Respublikasının hökumət başçısı Arçil Xabadze və SOCAR prezidenti Rövnəq Abdullayev Batumidə SOCAR-ın Gürcüstan Nümayəndəliyinin yeni ofisinin açılışında iştirak ediblər.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, 2012-ci ildə tikintisinə başlanılan 4 mərtəbəli bina 1598 kv metr sahədə yerləşir və müasir ofis meydançaları, texniki və qəbul otaqları, otel nömrələri və digər təyinatlı məkanlarla təchiz olunub.
Ofisdə həmçinin baseyn və fitneslə məşğul olmaq üçün məkan var.
Binanın memarı Rauf Xıdırovdur. Bina qeyri-klassik stildə inşa olunub və onun mədəni irs statusu var.